Uitham debütü ilə tarixə düşdü
“Qothem” klubunun hücumçusu MakKenna Uitham ABŞ Milli Qadın Futbol Liqası (NWSL) tarixində ən gənc debütant olub.
TodayPress çempionatın sosial media hesabındakı məlumata istinadən xəbər verir ki, tarixi hadisə “Reyne” ilə mövsümün açılış matçında (1:1) baş verib.
Uitham 90+3-cü dəqiqədə meydana daxil olub. 14 yaş 8 aylığında meydana çıxan amerikalı futbolçu turnir tarixində ən gənc debütantdır.
“Qothem” 2024-cü ilin yayında, futbolçu 13 yaşında olarkən onunla müqavilə imzalayıb.
MakKenna Uitham NWSL təmsilçisi ilə müqavilə imzalayan ən gənc qadın futbolçu olub.
Namiq Hun
tag: Qothem,Futbol,Qadın,Futbolçu,Klub,Todaypress.az,