Uilyams Londona gedir?
22 yaşlı Avropa çempionu Premyer Liqa təmsilçisinin diqqət mərkəzinə düşüb
“Arsenal” İspaniya millisinin heyətində Avropa çempionu olmuş Niko Uilyamsı transfer etmək istəyir.
TodayPress “El Gol Digital”a istinadən xəbər verir ki, “topçular” “Atletik”in (Bilbao) hücumçusunu transfer etmək üçün 58 milyon avrosundan keçməyə hazırdır.
Daha əvvəl Uilyamsın adı “Barselona” ilə hallansa da, kataloniyalılar müəyyən səbəblərə görə futbolçunun keçidindən imtina ediblər.
Qeyd edək ki, Niko Uilyams cari mövsüm “Atletik”in heyətində meydana çıxdığı 23 oyunda 2 qol vurub.
Namiq HUN
tag: Barselona ,Kataloniya ,Atletik ,Meydan ,todaypress.az,