Uilşirə məsuliyyətli iş tapşırıldı
“Arsenal” klubunun sabiq futbolçusu Cek Uilşir Çempionşip təmsilçisi “Norviç”in müvəqqəti baş məşqçisi təyin olunub.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu postda istefaya göndərilən Yohannes Torulu əvəzləyib.
Qeyd edək ki, 2008-2018-ci illər aralığında “Arsenal”ın şərəfini qoruyan Cek Uilşir ötən ildən “Norviç”in məşqçilər korpusunda yer alıb.
Onun komandası Çempionşipin başa çatmasına iki tur qalmış 53 xalla 14-cü sıradadır.
Namiq HUN
tag: Cek Uilşir,Norviç,Məşqçi,Klub,Todaypress.az,