UFC rekordçusui iki milyon dollardan imtina etdi

İdman

09.12.2024 11:18

Keçmiş UFC çempionu Demetrius Conson oktaqona qayıtmaq üçün ona təklif edilən 2 milyon dollardan imtina edib.

TodayPress xəbər verir ki, bu barədə 38 yaşlı amerikalı özü məlumat verib.

“Döyüş üçün mənə 2 milyon dollar təklif etdilər. İmtina etdim, çünki daha döyüşmək istəmirəm” o, bildirib.

Qeyd edək ki, Conson UFC-də 11 titul müdafiə edib. O, bu göstərici üzrə rekorda sahibdir. 

Demetrius Conson sentyabrın əvvəlində karyerasını bitirdiyini elan edib.

Namiq HUN

tag: UFC, Təklif, Milyon, Dollar, todaypress.az,