“UFC” Qazaxıstan, Gürcüstan və Azərbaycanda turnirlərin keçirilməsini planlaşdırır
“UFC”nin
vitse-prezidenti Devid Şou keçmiş MDB ölkələrində promo-turnirlərin təşkili
imkanlarını dəyərləndirib.
TodayPress xəbər
verir ki, bu barədə “Sport Express” məlumat yayıb.
“Asiyada bizi
maraqlandıran bir neçə ölkə var. Səudiyyənin eksperimentini təkrarlaya bilərik,
bunun üçün Bəhreyn, İordaniya, Qazaxıstan, Gürcüstan, Azərbaycan var. Bizim dəyərləndirdiyimiz
bir sıra yerlər var, lakin hələ ki, nəyisə elan etmək üçün çox tezdir” deyə əlavə
edilib.
Xatırladaq ki, avqustun
3-dən 4-nə keçən gecə Abu Dabidə “UFC” turniri baş tutub. Axşamın əsas döyüşündə
rusiyalı Umar Nurməhəmmədov amerikalı Kori Sandhagen üzərində yekdil qərarla
qalib gəlib.
Töhfə Səməd
tag: UFC,Qazaxıstan, Azərbaycan,Gürcüstan ,Döyüş,todaypress.az,