UFC əfsanəsi karyerasını bitirdi
İdman
07.09.2024 11:58
Yüngül çəkidə amerikalı UFC çempionu, ən uzun titul müdafiəsi seriyasının sahibi (11) Demetrious Conson karyerasını bitirdiyini açıqlayıb.
TodayPress xəbər verir ki, o, Denverdə təşkil olunan “ONE 168” turnirindən sonra əlcəklərini asmaq qərarına gəlib.
Conson, adı “ONE Championship” şirkətinin Şöhrət Zalına salınacaq ilk döyüşçü olacaq.
Qeyd edək ki, 38 yaşlı döyüşçünün son çıxışı 2023-cü ilin may ayında, Adriano Moraes üzərində yekdil qərarla ONE titulunu qoruduğu zaman olub.
Namiq HUN
tag: UFC, ONE 168, Adriano Moraes ,Titul,Çempion, todaypress.az,