UFC çempionu karyerasını başa vurdu

İdman

07.02.2025 14:17

2718

Mütləq Döyüş Çempionatında (UFC) yüngül çəki dərəcəsində çempion olan Dominik Krus karyerasını başa vurub.

TodayPress xəbər verir ki, o, sosial şəbəkələrdə məlumat verib.

39 yaşlı amerikalı döyüşçünün fevralda Sietldə keçiriləcək "UFC Fight Night 252" turnirində Rob Fontla qarşılaşması nəzərdə tutulsa da, o, zədə səbəbindən imtina edib.

“Son 25 ildə bütün varlığımı bu idmana vermişəm. Amma təəssüf ki, son səkkiz ayda iki çiyin çıxması karyerama son qoydu" Krus deyib. 

Qeyd edək ki, Dominik UFC-nin ikiqat çempionudur. Onun hesabında 24 qələbə və 4 məğlubiyyət var. O, sonuncu dəfə 2022-ci ilin avqustunda "UFC on ESPN 41" turnirində ekvadorlu Marlon Veraya nokautla məğlub olub.

Namiq HUN

tag: İdman,UFC,Döyüş,Çempion,Todaypress.az,