Ueyn Runiyə son şans verildi
İdman
03.12.2024 18:10
Ueyn Runi Çempionşip təmsilçisi “Plimut” futbol klubunun baş məşqçi postundan qovula bilər.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi son oyunlardan narazı qaldığı üçün 39 yaşlı mütəxəssisi postundan uzaqlaşdırmağı düşünür.
Çempionşipdə qarşıdan gələn “Oksford Yunayted” və “Suonsi” ilə matçlar Runi üçün son şans olacaq.
Qeyd edək ki, “Plimut” 17 xalla turnir cədvəlinin 21-ci pilləsində qərarlaşıb.
Namiq HUN
tag: Ueyn Runi, Plimut, Məşqçi, Çempion,Oksford Yunayted, todaypress.az,