UEFA "Zirə" klubuna xəbərdarlıq etdi

İdman

23.09.2024 14:00

"Zirə" komandanın davranışına görə UEFA-dan xəbərdarlıq alıb.

TodayPress xəbər verir ki, buna Bakıda Xorvatiyanın "Osiyek" klubuna qarşı keçirilən Konftrans Liqasının III təsnifat mərhələsinin cavab matçında yaşananlar səbəb olub.

"Zirə" “komandanın düzgün olmayan davranışı"na görə UEFA-dan xəbərdarlıq alıb.

Xatırladaq ki, “Zirə” – “Osiyek” qarşılaşmasının əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Səfərdə rəqibi ilə bərabərə qalan (1:1) "Zirə" penaltilər seriyasında (2:1) mərhələ adlayan tərəf olub. 

Namiq HUN

tag: Zirə, Liqa, UEFA ,Osiyek, Səfər ,todaypress.az,