UEFA Türkiyə klubunu cəzalandırdı

İdman

17.10.2024 14:50

UEFA Türkiyənin “Başakşəhər” klubunu cəzalandırıb.

TodayPress xəbər verir ki, buna Konfrans Liqasının Liqa mərhələsinin II turunun “Rapid”lə ev oyununda yaşananlar səbəb olub.

 Matçda “Başakşəhər”in azarkeşləri meydana yad əşyalar atıblar. 

Nəticədə UEFA Super Liqa təmsilçisini 8 min avro məbləğində cərimələyib. Həmçinin kluba Konfrans Liqasındakı növbəti ev oyununda tribunanın bir hissəsinin bağlanılması cəzası verilib.

Qeyd edək ki, “Başakşəhər” “Rapid”lə matçda 1:2 hesabı ilə uduzub.

Namiq HUN

tag: UEFA, Liqa,Başakşəhər,Rapid,Konfrans, todaypress.az,