UEFA Superkuboku: “Real Madrid” “Atalanta”ya qarşı
İdman
14.08.2024 11:49
Bu gün UEFA Superkuboku uğrunda görüş keçiriləcək.
TodayPress xəbər verir ki, qarşılaşma Çempionlar Liqasının son qalibi "Real Madrid" (İspaniya) və ötən mövsüm Avropa Liqasında çempion olan "Atalanta" (İtaliya) komandaları arasında baş tutacaq.
Polşanın Varşava şəhərində yerləşən Milli Stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
tag: UEFA, Milli Stadion, Polşa, Varşava, Avropa, todaypress.az,