UEFA Ranyerini cəzalandırdı

İdman

04.03.2025 11:58

1689

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Roma”nın baş məşqçisi Klaudio Ranyerini hakimləri tənqid etdiyinə görə cərimələyib.

TodayPress xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Hadisə Avropa Liqasının “Porto” ilə ilk pley-off oyunundan (1:1) sonra baş verib. 

Matçdan sonra “canavarlar”ın baş məşqçisi bildirib ki, almaniyalı referi Tobias Ştiler rəqibə qələbə verə bilərdi.

Nəticədə UEFA Ranyerini 20 min avro cərimələyib. “Roma” klubu  həmçinin komandaya uyğun olmayan davranışa görə əlavə 11 min avro məbləğində də cəzalandırılıb.

Namiq HUN

tag: UEFA,Roma,Klaudio Ranyeri,Porto,todaypress.az,