UEFA "Qarabağ" klubunu 28 500 avro cərimələdi
İdman
23.09.2024 14:55
UEFA "Qarabağ" klubunu azarkeşlərin səsləndirdikləri "UEFA mafiya" şüarına görə 28 500 avro məbləğində cərimələyib.
TodayPress xəbər verir ki, bu Ağdam təmsilçisinin UEFA tərəfindən ilk cəzası deyil. Azərbaycan çempionu artıq iki dəfə cəriməyə məruz qalıb.
Bolqarıstanda "Ludoqorets"ə 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçında "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi"nə görə "Qarabağ" 6 000 avro cərimə ödəyəcək.
“Qarabağ” Bakıda Xorvatiyanın "Dinamo" kollektivinə uduzduğu (0:2) pley-off mərhələsinin cavab qarşılaşmasına görə isə daha çox ziyana düşüb. "Köhlən atlar " eyni səbəbdən 22 500 avro cərimələnib.
Qeyd edək ki, qitə futbol qurumunun əleyhinə səsləndirilən şüarlar Ağdam təmsilçisi üçün daha böyük cərimələrə səbəb ola bilər.
Namiq HUN
tag: Azərbaycan, Ağdam, UEFA ,Bolqarıstan, Dinamo, Qarabağ, todaypress.az,