UEFA PSJ-ni Mbappeyə olan borca görə cəzalandırmayacaq
UEFA PSJ-nin sabiq futbolçusu Kilian Mbappeyə olan borcuna görə Fransa klubuna sanksiyalar tətbiq etməyəcək.
TodayPress “L’Equipe” nəşrinə istinadən xəbərt verir ki, səbəb UEFA-ya bütün lazım olan sənədlərin çatdırılmamasıdır.
Daha əvvəl Paris təmsilçisinin "Klubların Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı" reqlamentinin mümkün pozulması səbəbindən UEFA-nın sanksiyalarına məruz qala biləcəyi gözlənilirdi. Buna əsasən, avrokubok turnirlərində iştirak edən klubların iyul ayından etibarən işçilərə heç bir borcu olmamalıdır.
Qeyd edək ki, Mbappe ötən ilin yayından “Real Madrid” klubunda çıxış edir. Hücumçu cari mövsüm bütün turnirlərdə 27 oyun keçirib, 14 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Real ,Maliyyə,Lisenziya,Klub ,todaypress.az,