UEFA Musleranı cəzalandırmaq istəyir
İdman
29.08.2024 14:26
"Qalatasaray"ın qapıçısı Fernando Musleraya ağır cəza tətbiq oluna bilər.
TodayPress xəbər verir ki, uruqvaylı qolkiper Çempionlar Liqasının pley-off mərhələsində "Yanq Boyz"a qarşı cavab oyununda (0:1) rəqib futbolçuya təpik vurduğu üçün qırmızı vərəqə ilə cəzalandırılmışdı.
UEFA bu hərəkətinə görə Musleraya ağır cəza verməyi planlaşdırır. Qolkiperin 3-4 oyunluq cəzalandıracağı gözlənilir.
Bu, baş verəcəyi təqdirdə Muslera Avropa Liqasının Liqa mərhələsində keçiriləcək 8 matçın yarısını buraxacaq.
Namiq HUN
tag: Qalatasaray, UEFA, Yanq Boyz ,Çempionlar, Avropa, Fernando Muslera, todaypress.az,