UEFA Mourinyonu cəzalandırdı
İdman
02.11.2024 12:10
Avropanın ali futbol qurumu (UEFA) “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
TodayPress xəbər verir ki, portuqaliyalı mütəxəssisə Avropa Liqasının Liqa mərhələsinin III turunda “Mançester Yunayted”lə matçda qırmızı vərəqə aldığına görə cəza verilib.
O, UEFA İntizam Komitəsinin qərarına əsasən Liqa mərhələsinin IV turunda “AZ Alkmaar” ilə oyunda iştirak edə bilməyəcək.
Bundan başqa, Avropanın ali futbol qurumu azarkeşlərin meydana yad əşyalar atması və görüşün gec başlaması səbəbindən “Fənərbağça” klubunu 29 min avro məbləğində cərimə edib.
Namiq HUN
tag: Avropa, UEFA, Fənərbağça, Liqa, todaypress.az,