UEFA Millətlər Liqasında III tur başlayır

İdman

10.10.2024 12:00

UEFA Millətlər Liqasının III turunun ilk oyun günündə 10 qarşılaşma baş tutacaq.   

TodayPress xəbər verir ki, günün maraqla gözlənilən görüşlərində İtaliya millisi Belçika ilə, İngiltərə isə Yunanıstanla üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Millətlər Liqasının III turunun digər görüşlərində Latviya millisi Şimali Makedoniyanı, Moldova Andorranı, İsrail Fransanı, Avstriya Qazaxıstanı, Finlandiya İrlandiyanı, Norveç Sloveniyanı, Farer adaları Ermənistanı, Cəbəllüttariq isə San-Marinonu qəbul edəcək. 

Namiq HUN

tag: UEFA,III tur, Belçika ,İngiltərə,İtaliya, Yunanıstan,Todaypress.az,