UEFA Kriştiano Ronaldonu xüsusi mükafata layiq gördü

İdman

27.08.2024 16:34

Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu UEFA tərəfindən xüsusi mükafata layiq görülüb.

TodayPress xəbər verir ki, portuqaliyalı ulduz UEFA Çempionlar Liqasında bütün zamanların ən çox qol vuran futbolçusu olduğuna görə qurumun prezidenti Aleksander Çeferin tərəfindən mükafatlandırılıb.

Ronaldo Avropanın ən nüfuzlu klub turnirində meydana çıxdığı 183 oyunda 140 qola imza atıb. O, bu yarışın 7 fərqli mövsümündə ən çox qol vuran futbolçusudur.

Kriştiano “Mançester Yunayted” və “Real Madrid”lə UEFA Çempionlar Liqasının qalibi olub. 

O, 1992-ci ildən bəri yarış tarixində beş dəfə çempionluq qazanan ilk futbolçudur. 39 yaşlı ön xətt oyunçusu eyni zamanda indiyə qədər üç fərqli finalda qol vuran yeganə oyunçudur (2008, 2014, 2017). Ronaldo həmçinin bir mövsümdə ən çox fərqlənən futbolçudur (2013/2014, 17 qol). Kriştiano qurumun bayrağı altında keçirilən bütün yarışların ən yaxşı bombardiridir (197 oyun, 145 qol). 

Namiq HUN

tag: Avropa, Ronaldo, Real Madrid, UEFA, Çempionlar Liqası, todaypress.az,