UEFA İsraillə bağlı qərar verdi

İdman

30.01.2025 17:20

UEFA İsrail millisinin ev oyunlarının neytral əsaslarla keçirilməsi ilə bağlı qərarını dəyişməyib.

TodayPress UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İsrail komandalarının hazırda neytral meydançalarda keçirilən bütün ev oyunları ilə bağlı Avropa Futbol Assosiasiyaları İttifaqının qərarı hələ də qüvvədədir. 

Daha əvvəl İsrail Futbol Federasiyasının 2026-cı il dünya çempionatının seçmə turnirinin ev oyunlarının ölkədə keçirilməsinə icazə verilməsi ilə bağlı UEFA ilə qeyri-rəsmi danışıqlar apardığı barədə məlumat yayılmışdı.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında İsrail millisinin Avro-2024-ün seçmə turnirində oyunları Qəzza zolağındakı vəziyyətlə əlaqədar başqa tarixlərə təxirə salınıb və neytral meydançalarda keçirilib. Həmin vaxtdan İsrail millisi ev oyunlarını başqa ölkələrdə keçirir.

Namiq HUN

tag: UEFA ,İsrail,Avropa Futbol Assosiasiyaları İttifaqı,todaypress.az,