UEFA ispaniyalı futbolçuları cəzalandırdı
Futbol üzrə Avropa çempionları Alvaro Morata və Rodri finalda İngiltərə üzərində qələbədən sonra Cəbəllütariqin mənsubiyyəti haqqında siyasi xarakterli mahnı oxuyublar.
TodayPress xəbər verir ki, UEFA baş verənlərlə bağlı araşdırma aparmağa başlayıb.
Avropanın ali futbol qurumu bu gün məsələ ilə bağlı qərar verib. Morata və Rodri İspaniya millisinin növbəti oyunu üçün cəzalanıb.
Futbolçular davranış qaydalarını pozmaqda və idmançıya xas xarakter nümayiş etdirməməkdə təqsirli biliniblər.
Alvaro Morata və Rodri UEFA Millətlər Liqasının yeni mövsümündə İspaniya millisinin açılış matçını buraxacaqlar.
Namiq HUN
tag: İngiltərə, UEFA, Liqa,Alvaro Morata, Rodri, todaypress.az,