UEFA Estoniya millisini cərimələdi

İdman

05.11.2024 12:30

Avropanın ali futbol qurumu (UEFA) Azərbaycan yığma komandasının Millətlər Liqasındakı rəqibini cərimələyib.

TodayPress xəbər verir ki, Estoniya Futbol Assosiasiyasına 10000 avroluq cərimə tətbiq edilib.

Buna komandanın IV turda İsveçə evdə uduzduqları (0:3) matçda azarkeşlərin irqçiliyə yol verməsi səbəb olub.

Bundan əlavə, assosiasiyaya 1 illik sınaq müddəti də verilib. Bu hal yenidən təkrarlansa, millinin matçında tribunalar qismən bağlanacaq.

Qeyd edək ki, Estoniya V turda Azərbaycan millisinin qonağı olacaq. Matç noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək. 

Namiq HUN

tag: UEFA, Avropa, Azərbaycan, Estoniya, İsveç, todaypress.az,