UEFA ədalət təmsilçilərini diskvalifikasiya etdi

İdman

26.10.2024 16:05

Polşalı hakimlər Bartoş Frankovski və Tomas Musial cəzalandırılıblar.

TodayPress xəbər verir ki, buna referilərin Çempionlar Liqasının “Reyncers” – “Dinamo Kiyev” oyunundan əvvəlki davranışları səbəb olub.

Qeyd edək ki, Şotlandiyadakı matça VAR hakimləri kimi təyinat alan polşalılar içkili vəziyyətdə yol hərəkəti qaydalarını pozduqları üçün qarşılaşmada əvəz olunublar. 

UEFA hər iki hakimi 2025-ci ilədək diskvalifikasiya edib.

Bartoş Frankovski dəfələrlə Azərbaycan millisinin və klublarının keçirdikləri matçların baş hakimi olub. 

O, ötən il Avstriya – Azərbaycan (4:1) görüşündə fit sahibi olub. 

Klub komandalrının yarışında Frankovski 2019-cu ildə “Dandalk” – “Qarabağ” (1:1), 2022-ci ildə “Qarabağ” – “Marsel” (0:3), 2023-cü ildə isə “Partizan” – “Sabah” (2:0, p.5:4) qarşılaşmalarını idarə edib.

Namiq HUN

tag: UEFA, Hakim, Azərbaycan, Frankovski, Tomas Musial , todaypress.az,