UEFA-dan azyaşlıya qarşı sərt qərar
İdman
26.06.2024 10:28
UEFA Avropa çempionatının Türkiyə-Portuqaliya matçında yaşananlarla bağlı qərar verib. Kriştiano Ronaldo ilə selfi çəkən 10 yaşlı Berat Uluğa ağır cəzalandırılıb.
TodayPress xəbər verir ki, UEFA verdiyi açıqlamada Beratın Avro-2024-də bütün oyunlardan uzaqlaşdırılacağı, heç bir oyuna buraxılmayacağını bildirib. Avropanın ali futbol qurumu Uluğanın azyaşlı olduğu üçün ona qarşı cinayət işinin açılmayacağını bəyan edib.
Qeyd edək ki, Berat Uluğ F qrupunun Türkiyə-Portuqaliya matçında meydana qaçaraq Ronaldo ilə şəkil çəkdirib, daha sonra isə oradan uzaqlaşıb.
Namiq HUN
tag: UEFA, Avropa Çempionat, Türkiyə, Portuqaliya, todaypress.az,