UEFA-da Rusiya ilə bağlı məsələ müzakirə olundu
İdman
24.09.2024 13:11
UEFA-nın iclasında Rusiyanın beynəlxalq yarışlara buraxılması təklif edilib.
TodayPress xəbər verir ki, bu Fransada UEFA-ya üzv olan assosiasiyaların prezidentləri və baş katiblərinin illik toplantısında müzakirə olunub.
Məsələnin müzakirəsi təşəbbüsü Yunanıstan Futbol Federasiyasının prezidenti tərəfindən irəli sürülüb. Onu Bosniya və Herseqovina, Monteneqro, Qazaxıstan, Rusiya və Belarusun nümayəndələri dəstəkləyib.
Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko qərarla razılaşmayıb. İdman funksioneri Ukraynadakı vəziyyəti xatırladaraq belə qərarlardan hiddətlənib.
Rusiyalı futbolçular 2022-ci ildən beynəlxalq yarışlardan kənarlaşdırılıb.
Namiq HUN
tag: UEFA, Rusiya ,Fransa, Yunanıstan ,Ukrayna ,Andrey Şevçenko ,todaypress.az,