UEFA Çempionlar Liqası: Liqa mərhələsində IV tura bu gün yekun vuruldu
İdman
07.11.2024 05:11
UEFA Çempionlar Liqasının Liqa mərhələsində
IV tura bu gün yekun vurulub.
TodayPress xəbər verir ki, son oyun günündə doqquz
qarşılaşma baş tutub.
Fransa təmsilçisi PSJ evdə İspaniyanın “Atletiko”
komandası ilə görüşüb. İngiltərə “Arsenal”ı səfərdə “İnter”in (İtaliya) qonağı
olub. İspaniya təmsilçisi “Barselona” isə Serbiyada “Srvena Zvezda” ilə üz-üzə
gəlib.
UEFA
Çempionlar Liqası
Liqa
mərhələsi
IV
tur
6
noyabr
21:45. “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) 1:0
21:45. “Şaxtyor” (Ukrayna) – “Yanq Boys” (İsveçrə) 2:1
00:00. “Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya)
1:0
00:00. PSJ (Fransa) – “Atletiko” (İspaniya) 1:2
00:00. “İnter” (İtaliya) – “Arsenal” (İngiltərə) 1:0
00:00. “Feyenoord” (Niderland) – “Zaltsburq” (Avstriya)
1:3
00:00. “Srvena Zvezda” (Serbiya) – “Barselona” (İspaniya)
2:5
00:00. “Sparta” (Çexiya) – “Brest” (Fransa) 1:2
00:00. “Ştutqart” (Almaniya) – “Atalanta” (İtaliya) 0:2
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində
V tur noyabrın 26–da start götürəcək.
Xatırladaq ki, ötən gün baş tutmuş qarşılaşmalarda
“Milan” səfərdə “Real Madrid” üzərində inamlı qələbə qazanmış, “Liverpul” isə
evdə “Bayer”i darmadağın etmişdi
tag: UEFA, Liqa,İnter, Barselona, todaypress.az,