UEFA “bozqurd”a üz bozartdı
İdman
03.07.2024 14:45
UEFA “bozqurd” işarəsinə görə Merihi cəzalandıra bilər.
TodayPress xəbər verir ki, Avropanın ali futbol qurumu Türkiyə yığmasının müdafiəçisi Merih Demiralı Avstriya ilə matçdakı qol sevincinə görə cəzalandıra bilər.
M.Demiral fərqləndikdən sonra “bozqurd” işarəsini göstərdiyinə görə, UEFA-nın Nizam-İntizam Komitəsi araşdırmalara başlayıb.
Futbolçu barədə yaxın günlərdə son qərar veriləcək.
Qeyd edək ki, Türkiyə Avropa çempionatının 1/8 finalında Avstriyanı məğlub edərək mərhələ adlayıb. 1/4 finalda “ay-ulduzlular”ın rəqibi Niderland millisi olacaq.
Namiq HUN
tag: UEFA, Bozqurd, Merih, Avropa, Demiral, Nizam-İntizam, todaypres.az,