UEFA Bellinqemi nəzarətə götürdü
İdman
03.07.2024 15:43
"UEFA-nın mərdimazarları, onu rahat buraxın!".
TodayPress xəbər verir ki, bunu tanınmış jurnalist Pirs Morqan Bellinqhemin ədəbsiz jestinə münasibət bildirərkən deyib. O, Avropa çempionatının 1/8 final mərhələsində Slovakiya ilə matçda nalayiq jest edən İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem haqda danışıb.
"UEFA mərdimazarı, oyunçumuzu rahat burax!" Morqan deyib.
Qeyd edək ki, UEFA-nın Avropa çempionatının 1/8 final mərhələsində Slovakiya millisi ilə oyunda (2:1) İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqhemin davranışını yoxlayacağı məlum olub.
Qol vurduqdan sonra yarımmüdafiəçi əlini qasıq nahiyəsinə endirərək orada yellədib. Bundan sonra futbolçu hörmətsizlikdə ittiham olunub.
Namiq HUN
tag: UEFA, Bellinqem, Oyunçu, Mərdimazar, Qol, todaypress.az,