UEFA Bellinqemə cərimə qərarı versə də, diskvalifikasiya etmədi
İdman
04.07.2024 16:40
Cud Bellinqhem nalayiq jestinə görə cərimələnəcək.
TodayPress “Bild” nəşrinə istinadən xəbər verir ki, İngiltərə millisinin yarımmüdafiəçisi Avropa çempionatının
1/8 finalında Slovakiya yığmasına qol vurduqdan sonra nalayiq jestinə görə diskvalifikasiyadan yayınacaq.
Cud Bellinqem beş rəqəmli məbləğdə cərimələnsə də, 1/4 finalda İsveçrə ilə matçda İngiltərəyə kömək edə biləcək.
Xatırladaq ki, futbolçu 1/8 finalda Slovakiya millisi ilə oyunda (2:1) qol vurduqdan sonra əlini qasıq nahiyəsinə endirərək orada yellədib. Bundan sonra yarımmüdafiəçi hörmətsizlikdə ittiham olunub.
Qeyd edək ki, İngiltərə yığması 1/4 finalda İsveçrə ilə qarşılaşacaq. Bu komandalar arasında görüş iyulun 6-da Düsseldorfdakı “Merkur Spiel Arena”da baş tutacaq.
Namiq HUN
tag: UEFA, Bellinqem, Cərimə,Futbolçu, Qərar, todaypress.az,