UEFA Azərbaycan çempionunu cəzalandırdı
UEFA "Qarabağ"ın məşqçisini iki oyunluq cəzalandırıb.
TodayPress xəbər verir ki, Çudomir Çakarov Avropa Liqasının Liqa mərhələsinin III turunda “Ayaks”la matçda qırmızı vərəqə aldığına görə komandadan kənarlaşdırılıb.
Şotlandiyalı FIFA referisi Nikolas Uolş fasilədə bolqarıstanlı məşqçiyə qırmızı vərəqə göstərib.
O, Avropa Liqasının qarşıdakı iki matçında texniki zonada olmayacaq.
Bundan başqa, “Ayaks”la matçda hakimdən birbaşa qırmızı vərəqə alan Julio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev də hərəyə bir oyunluq cəzalandırılıblar.
Namiq HUN
tag: UEFA, Qarabağ, Avropa, Nikolas, todaypress.az,