UEFA Avstriya-Türkiyə oyununun ən yaxşı futbolçusunu açıqladı
Almaniyada təşkil olunan futbol üzrə Avropa
çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final oyununun (1:2)
ən yaxşı futbolçusu bəlli olub.
TodayPress UEFA-nın mətbuat xidmətinə
istinadən xəbər verir ki, "ay-ulduzlular"ın müdafiəçisi Merih Demiral
görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
26 yaşlı futbolçu görüş ərzində 2 qol vuraraq
komandasına qələbə qazandırıb.
tag: UEFA, AVRO-2024, Türkiyə, Avstriya, todaypress.az,