UEFA Avropa Liqası: "Zirə" “Şerif”ə qarşı

İdman

18.07.2024 10:05

"Zirə" klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün cavab matçına çıxacaq.

TodayPress xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda "Dalğa Arena"da "Şerif"lə (Moldova) qarşılaşacaq.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü Bulat Sarıyevin rəhbərlik etdiyi Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, "Zirə" - "Şerif" cütünün qalibi II təsnifat mərhələsində "Elfsborq" (İsveç) - "Pafos" (Kipr) qarşılaşmasında üstün olan komanda ilə üz-üzə gələcək. Bu cütün məğlubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşacaq.

Namiq HUN

tag: Zirə, UEFA, Rəşad Sadıqov, Şerif, İsveç, Elfsborq, todaypress.az,