UEFA AVROPA LİQASI: “Zirə” rəqibini gözləyir

İdman

18.06.2024 11:33

Bu gün Avropa Liqasında 2024/2025-ci illər mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.

TodayPress xəbər verir ki, UEFA-nın İsveçrədəki Futbol Evində keçiriləcək tədbirdə Azərbaycanın vitse-çempionu "Zirə"nin rəqibi məlum olacaq. 

Premyer Liqanın gümüş mükafatçısının 6 mümkün rəqibi var. Bunlar "Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Tobol" (Qazaxıstan), "Visla" (Krakov, Polşa), "Pafos" (Kipr) və "Paksi"dir (Macarıstan). 

Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-də, cavab matçları isə 18-də keçiriləcək.

Qeyd edək ki, avrokubokların II təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. Tədbirdə "Qarabağ"ın Çempionlar Liqasında, "Sabah" və "Sumqayıt" klublarnın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin "Zirə"nin növbəti raundda qarşılaşacağı komanda məlum olacaq.

Namiq HUN

tag: Zirə, Futbol, UEFA, Avropa Liqası, todaypress.az,