UEFA Avropa Liqası: “Qarabağ” FCSB komandasına məğlub oldu
İdman
23.01.2025 23:51
"Qarabağ" UEFA
Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB komandasına
məğlub olub.
TodayPress-in məlumatına görə, Tofiq Bəhramov adına
Respublika stadionunda keçirilən matçda meydan sahibləri 2:3 hesabı ilə
uduzublar.
Oyunda hesab 2-ci dəqiqədə açılıb. Ağdam təmsilçisinin
heyətində Leandro Andrade fərqlənib. 5 dəqiqə sonra qonaqlar status-kvonu bərpa
ediblər. Adrian Şut adını tabloya yazdırıb. 41-ci dəqiqədə “köhlən atlar”
yenidən hesabda irəli çıxıb. Rəqib komandanın heyətində Dava Coyskim avtoqol
müəllifi olub. 45+4-cü dəqiqədə Rumıniya kollektivinin heyətində David
Mikelesku yenidən hesaba tarazlıq gətirib. FCSB kollektivinin heyətində 73-cü
dəqiqədə dubl müəllifi olan Adiran Şut yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, 3 xalı olan Azərbaycan çempionu Avropa
Liqasının Liqa mərhələsinin başa çaçtmasına bir tur qalmış pley-offa yüksəlmək
şansını itirib.
tag: UEFA, Liqa, FCSB, Qarabağ, Ağdam, Azərbaycan, todaypress.az,