UEFA Avropa Liqası: "Qalatasaray" "Dinamo" ilə bərabərə qaldı
İdman
21.01.2025 22:12
UEFA Avropa Liqasının Liqa mərhələsində
"Qalatasaray" Kiyev "Dinamo"su (Ukrayna) ilə bərabərə
qalıb.
Todaypress-in məlumatına görə, VII turun açılış
oyununda 3:3 hesablı məhsuldar heç-heçə qeydə alınıb.
“Əli Sami Yen Spor Kompleksi”ndə keçirilən matçda meydan
sahiblərinin heyətində Davinson Sançez (6), Abdülkerim Bardakçı (21) və Viktor
Osimhen (53) fərqlənib. Qonaq komandanın heyətində isə Vladislav Vanat (45) və
Andrey Yarmolenko (68, 81) adını tabloya yazdırıb.
"Qalatasaray" cari mövsüm Avropa Liqasında
13-cü xalını qazanaraq turnir cədvəlində 5-ci sırada yer alıb.
"Dinamo" isə ilk xalını əldə edərək sonuncu - 36-cı pillədə
qərarlaşıb.
tag: UEFA, Əli Sami, Dinamo,Liqa, Qalatasarat, Kiyev, todaypress.az,