UEFA araşdırmaya başladı
İdman
18.06.2024 10:24
UEFA Avropa çempionatının 1-ci turunda İngiltərə ilə oyundan sonra Serbiya milli komandasına qarşı intizam işi açıb.
TodayPress xəbər verir ki, “ağ qartallar”a qarşı “əşya atmaq” və “idman tədbirinə uyğun olmayan təxribat xarakterli mesaj ötürmək” ittihamları irəli sürülüb.
UEFA-nın etika və intizam üzrə məsul işçisi həmçinin iddia edilən “ayrı-seçkilik davranışı” ilə bağlı intizam araşdırması aparacaq.
Xatırladaq ki, Avro-2024-ün qrup mərhələsinin İngiltərə - Serbiya oyunu iyunun 16-da keçirilib. Matç Helzenkirhendəki “Feltins-Arena”da baş tutub. Görüş İngiltərə millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: UEFA, İngiltərə, Serbiya, Futbol, todaypress.az,