UEFA Albaniya millisini cərimələdi

İdman

19.06.2024 13:10

UEFA Avropa çempionatının qrup mərhələsinin İtaliya ilə matçında alban azarkeşlərin qeyri-etik davranışlarına görə milli komandaya pul cəzası tədbiq edib.

TodayPress xəbər verir ki, meydançaya yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi, oyun zamanı azarkeşin meydançaya daxil olması və təxribat xarakterli mesajlar nümayiş etdirməsi səbəbindən Albaniya yığma komandası 37,3 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, B qrupunun 1-ci tur oyunu çərçivəsində baş tutan dueldə İtaliya millisi Albaniya komandasını 2:1 hesabı ilə məğlub edib.

Namiq HUN

tag: UEFA, Albaniya, İtaliya, Komanda, Cərimə, todaypress.az,