UEFA AFFA-nı və “Sumqayıt” klubunu cərimələdi

İdman

28.08.2024 12:46

Avropa futbol qurumu millinin oyununda yaşananlara görə AFFA-nı 2 500 avro cərimələyib. 

TodayPress xəbər verir ki, buna qadın futbolçulardan ibarət Azərbaycan millisinin Macarıstanla Avropa çempionatının seçmə mərhələ oyunundan sonra yaşananlar səbəb olub.

Milli assosiasiya qarşılaşmadan sonra meydana kənar şəxslər girdiyi üçün cərimə ödəməli olacaq.

"Sumqayıt" klubu isə evdə Macarıstanın "Fehervar" kollektivinə uduzduğu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında meydana yad əşyaların atılması səbəbindən 5 250 avro ziyana düşüb.

UEFA həmçinin beş futbolçusu sözügedən qarşılaşmada vərəqə gördüyü üçün Samir Abasovun baş məşqçisi olduğu kollektivə xəbərdarlıq da edib.

Namiq HUN

tag: Avropa, Macarıstan, Avropa, Çempionat, Azərbaycan, todaypress.az,