UEFA AFFA-nı cərimələdi
UEFA AFFA-nı 5000 avro cərimələyib.
TodayPress xəbər verir ki, qurum qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Litva ilə aprelin 4-də keçirilən oyuna gec başladığından cəzalanıb.
Qarşılaşma baş məşqçi Siyasət Əsgərova görə gecikib. Mütəxəssisə 1 oyunluq şərti cəza verilib və 1 illik sınaq müddəti təyin edilib.
Həmçinin qeyri-idman hərəkətə görə 1 matçlıq diskvalifikasiya edilən məşqçi Monteneqro ilə matçda cəzasını çəkib.
Qeyd edək ki, Litvanı iki cavabsız qolla üstəyələn Azərbaycan yığması Monteneqro ilə heç-heçə edib 1:1. Komanda Millətlər Liqasının mayın 30-da keçiriləcək sonuncu, IV turunda Litva yığmasını qəbul edəcək.
Namiq HUN
tag: UEFA,AFFA,Cəza,Cərimə,Todaypress.az,