Üçüncü sərbəst yürüşdə Rassell birinci oldu

İdman

14.09.2024 14:00

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

TodayPress xəbər verir ki, ən yaxşı nəticəni "Mercedes" pilotu Corc Rassell göstərib.

"Ferrari"dən Şarl Lekler ikinci, "McLaren"dən Lando Norris üçüncü olub. 

Xatırladaq ki, ötən gün ilk test yürüşündə "Red Bull" sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə Şarl Lekler ən yaxşı nəticə göstəriblər. 

Namiq HUN

tag: Formula1,Azərbaycan Qran Prisi,Bakı Şəhər Halqası,Mercedes,Corc Rassell,McLaren,Lando Norris,Ferrari,Şarl Lekler,Red Bull,Maks Ferstappen,todaypress.az,