Üçqat dünya çempionu dilinin qurbanı oldu

İdman

20.09.2024 17:07

1989

Beynəlxalq Avtomobil Federasiyası (FIA) mətbuat konfransında kobud danışan Ferstappenlə bağlı qərar qəbul edib

TodayPress xəbər verir ki, üçqat dünya çempionu və “Red Bull” komandasının pilotu niderlandlı Maks Ferstappen mətbuat konfransında Azərbaycan Qran-prisinin təsnifat mərhələsi ilə bağlı mənfi fikirlər səsləndirib. 

Bolidinin parametrlərinin dəyişdirilərək xarab olduğunu deyən pilot nalayiq formada sonunun çatdığını bildirib. 

FİA-nın qərarına əsasən, sürücülərə ədəbsiz sözlərə qadağa qoyulması ilə bağlı dəfələrlə xəbərdarlıq edildiyindən, Ferstappendən adi xəbərdarlıq əvəzinə “ictimai maraqlar naminə müəyyən işlər görməsi” tələb olunub. 

Namiq HUN

tag: Beynəlxalq Avtomobil Federasiyası, Maks Ferstappen, Azərbaycan, Qran-Pri, Qadağa, todaypress.az,