Üç idmançımız Avropa çempionatında medal qazandı

İdman

16.04.2025 10:19

19

Gürcüstanda keçirilən kuraş üzrə Avropa çempionatı başa çatıb.   

TodayPress xəbər verir ki, Azərbaycan idmançıları Batumi turnirində 3 medal qazanıblar. 

Yalnız qitə çempionatının finalında uduzan Agani Məmmədov (90 kq) gümüş medalla kifayətlənib.

Hacali Qasımov (73 kq) və Aysel Şəfiyeva (57 kq) isə turnirin bürünc medallarına sahib çıxıblar.   

Namiq HUN

tag: Kuraş,Gürcüstan,Avropa,Çempionat,Todaypress.az,