Üç güləşçimiz dünya çempionu titulu uğrunda yarışacaq

İdman

29.10.2024 09:11

Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatı keçirilir. 

TodayPress xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçilərinin  mundialda startı uğurlu alınıb. 

Pəhləvanlarımız 4 çəki dərəcəsinin 3-də finala yüksəliblər. 

Üçqat dünya çempionu Eldəniz Əzizli (57 kq) həlledici görüşdə iranlı Poya Sulat Marzla qarşılaşacaq.

Finala gedən yolda erməni Karen Aslanyana qalib gələn Nihat Məmmədli (63 kq) dünya çempionu titulu uğrunda görüşdə Yerzet Jarlikassini sınaqdan keçirəcək. 

Ülvi Qənizadə (72 kq) finalda Fransa güləşçisi İbrahim Mahmud Hassanla qurşaq tutacaq. 

Namiq HUN

tag: Dünya, Çempion, Güləş, Fransa, Eldəniz Əzizli, todaypress.az,