Üç güləşçimiz bürünc medal uğrunda yarışacaq

İdman

08.04.2025 09:26

13

Slovakiyada güləş üzrə Avropa çempionatı keçirilir.   

TodayPress xəbər verir ki, Bratislava turnirinin ilk günündə xalça üzərinə çıxan 5 sərbəst güləşçimizdən 3-ü bürünc medal uğrunda yarışacaq.   

Yarımfinal mərhələsində Naçın Monquşa (UWW) 0:5 hesabı ilə uduzan İslam Bazarqanovun (57 kq) qitə yarışından qazancı ən yaxşı halda bürünc medal olacaq.  Əli Rəhimzadənin (65 kq) finala aparan yolda rəqibi fransalı Xamzat Arsamerzoyev olub.

Təmsilçimiz 3:4 hesabı ilə uduzaraq, qızıl şansını itirib.

Əli bürünc uğrunda görüşəcək. 

Kənan Heybətov (70 kq) yarımfinal mərhələsində David Bayevə (UWW) 0:3 hesabı ilə uduzub.

Kənan da bürünc medal uğrunda yarışacaq.   

Namiq HUN

tag: Azərbaycan,GÜləş,BÜrünc Medal,Yarış,Todaypress.az,