Üç güləşçimiz Avropa çempionatının yarımfinalına yüksəldi
Slovakiyada güləş üzrə Avropa çempionatı keçirilir.
TodayPress xəbər verir ki, Bratislava turnirinin ilk günündə sərbəst güləşçilər xalça üzərinə çıxıblar.
Azərbaycan yığma komandasının 5 güləşçisindən 3-ü yarımfinala yüksəlib.
İslam Bazarqanov (57 kq) 1/4 finalda türkiyəli Muhammet Karavuşa 8:1 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb.
İslam finala aparan yolda Naçın Monquş (UWW) ilə qarşılaşacaq.
Əli Rəhimzadə (65 kq) 1/8 finalda belçikalı Ayub Musayevə qalib gəlib 7:2. Növbəti görüşdə almaniyalı Niko Meqerleyə tam üstünlüklə (10:0) qalib gələn Əli yarımfinala adlayıb. Onun növbəti rəqibi fransalı Xamzat Arsamerzoyev olacaq.
Kənan Heybətov (70 kq) təsnifat mərhələsində avstriyalı Benedikt Huberə tam üstünlüklə (10:0) qalib gələrək 1/4 finala adlayıb.
O, yarımfinala vəsiqə uğrunda isə bolqarıstanlı Mihail Georgiyevə 4:1 hesabıyla qalib gəlib. Heybətov finala aparan yolda David Bayevlə (UWW) görüşəcək.
Orxan Abasov (79 kq) təsnifat mərhələsində fransalı Zelimxan Xadjiyevə 5:9 hesabıyla məğlub olub. Abubakr Abakarov (97 kq) isə təsnifat mərhələsində ukraynalı Vasil Sovaya “tuş”la (9:5) qalib gələrək 1/4 finala yüksəlib. O, bu mərhələdə macarıstanlı Riçard Veqə 2:5 hesabı ilə uduzub.
Namiq HUN
tag: Azərbaycan,Güləş,Avropa,Çempionat,Todaypress.az,