Üç futbolçu üçün çempionat başa çatdı

İdman

07.05.2025 13:23

10

Azərbaycan çempionatının I Liqasında 2024/25 mövsümü üç futbolçu üçün başa çatıb.   

TodayPress xəbər verir ki, buna AFFA-nın İntizam Komitəsinin verdiyi cəzalar səbəb olub. 

XXIV turun “Difai” – “Mingəçevir” oyunu bitdikdən sonra futbolçulardan Riad Abbaszadə və Elməddin Məmmədov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 4 matç cəzalanıblar.

Futbolçuların üzv olduqları klublar isə 300 manat cərimə edilib. Məmmədovla Abbaszadə cari mövsümün son 3 matçında və yeni mövsümün ilk turunda çıxış etməyəcəklər.   

“Cəbrayıl”ın futbolçusu Tapdıq Əhmədov “Baku Sporting”lə görüşdə qeyri-etik hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu isə 200 manat məbləğində cərimələnib. Çempionatın başa çatmasına 3 tur qaldığı üçün Əhmədov cari mövsümün oyunlarını buraxacaq.   

Namiq HUN

tag: AFFA,Futbolçu,Cəza,Qərar,Todaypress.az,