Üç boksçusumuz dünya birinciliyində qələbə qazandı
İdman
24.10.2024 22:45
Azərbaycanın
3 boksçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya
birinciliyində qələbə qazanıb.
TodayPress xəbər verir ki, mundialın ikinci günündə 48 kq çəkidə mübarizə
aparan Bilalhəbaşi Nəzərov 1/16 finalda Yasur Taalaybek Uulu (Qırğızıstan) ilə
qarşılaşıb.
Hər 3 raundu
xeyrinə bitirən boksçumuz 5:0 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda ilk
mərhələdən azad olan Jair Bonilla (Ekvador) ilə münasibətinə aydınlıq
gətirəcək.
Ömər Aslanlı (54
kq) da debütdə rəqibini məğlub edib. O, 1/16 finalda kubalı Alexandro Sançesə
gücünü göstərib. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda inamlı qələbə
qazanıb – 5:0 (30:26, 30:25, 30:26, 30:26, 30:27). Aslanlı ikinci görüşünü
Bayirjan Muratova (Qazaxıstan) qarşı keçirəcək.
Ziya Həsənov (71
kq) isə 1/16 finala yüksəlib. O, Paul Nevallonu (Trinidad və Tobaqo)
mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda diskvalifikasiya olunduğundan
Həsənov qalib elan edilib. Milli üzvü ikinci sınağında ilk mərhələdən azad olan
İqor Bondarla (Moldova) qüvvəsini sınayacaq.
Qeyd edək ki,
dünya birinciliyi oktyabrın 3-də başa çatacaq.
tag: Boksçu, Budva, Yasur, Paul, todaypress.az,