Uayt diskomfortdan canını qurtardı

İdman

15.11.2024 06:00

İngiltərənin “Arsenal” futbol klubunun müdafiəçisi Ben Uayt dizindən yüngül əməliyyat olunub.

TodayPress xəbər verir ki, klub rəhbərliyi millilərin oyunları ilə bağlı yaranan fasiləni nəzərə alaraq həkim müayinəsinə icazə verib.

Uayt uzun müddət idi ki, dizindəki ağrılardan əziyyət çəkirdi. O, “Arsenal”ın son matçlarında ağrı içində oynayıb.

Xatırladaq ki, müdafiəçi sentyabrda aldığı zədə səbəbindən London tımsilçisinin 5 matçını buraxıb.

Qeyd edək ki, Ben Uayt  cari mövsüm “Arsenal”ın heyətində meydana çıxdığı 12 oyunda 1 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: İngiltərə, Arsenal, Ben Uayt, Zədə, todaypress.az,