U-19-un rəqibləri müəyyənləşdi

İdman

05.12.2024 17:45

19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə seçmə mərhələsinin püşkü atılıb.

 TodayPress xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

13-cü qrupda yer alan U-19 Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə mübarizə aparacaq.

Seçmə mərhələnin oyunları 2025-ci ilin sentyabr, oktyabr və ya noyabr aylarında keçiriləcək.

Namiq HUN

tag: Avropa ,Çempionat ,Malta ,Seçmə, Mərhələ ,todaypress.az,