U-19 millisində uğursuz start

İdman

26.11.2024 17:24

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

TodayPress xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma komandamız İsveçrə ilə qarşılaşıb. 

Kiprin “Kouklia Community” stadionunda baş tutan matç rəqib komandanın 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti görüşlərini Estoniya və İsveçrə kollektivlərinə qarşı keçirəcək.

Namiq HUN

tag: Liqa, Azərbaycan, Avropa, Estoniya,İsveçrə, todaypress.az,