U-17 millisi İnkişaf Kubokunda iştirak edəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 14-dən 22-dək İnkişaf Kuboku turnirində iştirak edəcək.
TodayPress xəbər verir ki, U-17 millisi Belarusun paytaxtı Minskdə təşkil olunacaq turnirin B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandaları ilə mübarizə aparacaq.
A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək.
Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq.
Namiq HUN
tag: U-17,Milli,Belarus,Minsk,Todaypress.az,